Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








Bütün video xəbərlər...

16 noyabr Bakı Ekspo Mərkəzində  “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başladı. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Belçika, Çexiya, Danimarka, İsrail, Finlandiya və digər ölkələr var. Sərgidə dövlət strukturları da iştirak edirlər, onların arasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi,  “Təmiz Şəhər” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və digərlərini, yerli iştirakçılar arasında isə  Azertexnolayn, BP, EKOL Engineering Services CJSC, Polymart, SOCAR, SOCAR Polymer, SOCAR – CNG  və digər şirkətlərini göstərmək olar. “Caspian Ecology” sərgisində Arkon Flow Systems (Çexiya), Blucast JSC (Litva), Dikkan (Türkiyə), Lamor ECO (Türkiyə-İsrail-Finlandiya)  şirkətləri ilk dəfə olaraq iştirak edirlər. Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi sərgidə debüt edir və öz stendində Azərbaycanda həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirir.

“Caspian Ecology” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də su texnologiyaları, su təchizatı sistemləri, çirkab və yağış sularının təmizlənməsi sistemləri, mikro-tunelləşdirmə, suyun təhlili üçün ölçmə və tənzimləmə texnologiyaları üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edir. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, nasoslar və bir sıra digər məhsulları təqdim edir.

Sərgi çərçivəsində “Svobodnıy Sokol” Lipetsk Boru Şirkəti “Yüksək dayanıqlı çuqun borular - etibarlılıq, uzunömürlülük və ekoloji təhlükəsizlik” mövzusunda seminar keçirtdi. Bu seminar-təqdimat təmiz su ehtiyatlarının qorunması, içməli su keyfiyyətinin təmin edilməsi və su itkisinin azaldılması kimi problemlərə həsr olunub.

Media nümayəndələri sərgidə iştirakçılardan ekologiya sahəsində olan yeniliklər və innovasiyalar barədə məlumat alaraq  fəal iştirak edir.





Beləliklə, “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

 “Caspian Event Organisers” şirkətinin 2016-cı il üzrə tərəfdaşları arasında “SafeLife” şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), “Premier Tour”  şirkəti (rəsmi turoperator), “Sheraton hotel” və  “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) və “AzExpoMontage” şirkəti (rəsmi montajçı) yer alır.


DƏSTƏK

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi



IDEA İctimai Birliyi
BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  16/09/2019 17/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Ecology is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek